U-17 millimiz AÇ-nin seçmə mərhələsinə 21 futbolçu ilə gedir

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-17) Avropa çempionatının seçmə mərhələsinin ilk raundu üçün heyəti açıqlanıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, millimiz Avropa çempionatının 2026/2027-ci illər mövsümünün seçmə mərhələsinin 1-ci raundunda mübarizə aparacaq. 21 futbolçudan ibarət milli komandamız noyabrın 9-dan 19-na qədər Almaniyanın Frankfurt şəhərində olacaq.

Qeyd edək ki, U-17 millimiz AÇ-nin seçmə mərhələsi çərçivəsində noyabrın 11-də Bakı vaxtı ilə saat 14:00-da Almaniya, noyabrın 14-də saat 19:30-da Şimali İrlandiya, noyabrın 17-də saat 14:00-da isə Litva yığması ilə qarşılaşacaq. İlk iki oyun “DFB Kampus”da, sonuncu görüş isə “Nidda-Sportfeld”də keçiriləcək.

Azərbaycan millisinin seçmə mərhələdə iştirak edəcək 21 nəfərlik heyətini təqdim edirik:

  1. Oqtay Mehrəliyev – Klubsuz
  2. Bilal Hacıyev – Qarabağ
  3. Ülvi Abbaslı – Sumqayıt
  4. Vaqif Nəbiyev – Qarabağ
  5. Cihad Sadıqov – Sabah
  6. Ruslan Quliyev – Neftçi
  7. Turan Ramazanov – Turan Tovuz
  8. Emil Quliyev – Neftçi
  9. Tunar Bayramov – Qarabağ
  10. Vaqif Məmmədli – Sabah
  11. Nicat Əhmədzadə – Marset (İspaniya)
  12. Əhəd Hacızadə – Qarabağ
  13. Yusif Orucəliyev – Qarabağ
  14. Şikar Şikar – Neftçi
  15. Tunar Əsgərzadə – Qarabağ
  16. Rəsul Balakişiyev – İmişli
  17. Sübhan Əlizadə – Neftçi
  18. Qafar Babayev – Neftçi
  19. Nazim Əliyev – Qrafiçar (Serbiya)
  20. Yusif Quliyev – Qarabağ
  21. Daniil Rəcəbov – Qarabağ
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: