Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev 17 yaşadək futbolçular arasında Avropa çempionatına təyinat alıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, Babək Quliyev Türkiyənin Trabzon şəhərində keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının 2027-ci il seçmə mərhələsinin 11-ci qrupunun oyunlarında hakim-inspektor və UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək. O, noyabrın 11-də Macarıstan – Şimali Makedoniya, 14-də Şimali Makedoniya – San Marino, 17-də isə San Marino – Macarıstan qarşılaşmalarında iş başında olacaq.
Quliyev Macarıstan – Şimali Makedoniya matçında Şotlandiya və Türkiyədən olan hakimlərin işinə qiymət verəcək. Digər oyunların hakim təyinatları isə daha sonra açıqlanacaq. Böyük ehtimalla həmin oyunlarda da sözügedən hakimlər iş başında olacaqlar.



