Kivu: “İnter” “Komo”ya qarşı möhtəşəm oyun keçirdi”

“İnter”in baş məşqçisi Kristian Kivu İtaliya A Seriyasının 11-ci turunda “Komo” üzərində qazandıqları 2:0 hesablı qələbəni şərh edib.

Arena.az xəbər verir ki, Milanda keçirilmiş qarşılaşmada meydan sahiblərinin qollarını Françesko Espozito və Markus Türam vurublar.

Kivu komandasının hazırlıq prosesinin oyun zamanı özünü doğrultduğunu bildirib:

“Bu gün daha sürətli və intensiv oynadıq. Hazırlıq zamanı gördüyümüz işlər oyunun keyfiyyətinə və pressinqimizə təsir etdi. Vahid komanda təsiri bağışladıq.

İlk hissə hər baxımdan uğurlu alındı. Bununla belə, bəzən oyunun digər aspektlərini də idarə etməyi bacarmaq lazımdır. Futbolçularımı təbrik edirəm. Bu gün möhtəşəm oyun keçirdilər”, – rumıniyalı mütəxəssis deyib.

Bu qələbədən sonra “İnter” A Seriyasında 28 xalla 2-ci pillədəki mövqeyini qoruyub. Milan təmsilçisi bu mövsüm keçirdiyi 11 oyunda 9 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət görüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: