Lionel Messi 2026-cı ilin rəmzi komandasında!

Argentinalı hücumçu Lionel Messi futbolçuların səsverməsi əsasında müəyyənləşən FIFPro-nun ilin rəmzi komandasına seçilib.

Arena.az xəbər verir ki, “İnter Mayami”nin argentinalı hücumçusu dünyanın müxtəlif ölkələrindən 19 806 peşəkar futbolçunun iştirak etdiyi səsvermədə ilin ən yaxşılarından biri kimi seçilib.

Səkkizqat “Qızıl top” sahibi Messi bununla daha bir nüfuzlu mükafata namizədliyini təsdiqləyib.

FIFPro-nun rəmzi komandasında “Arsenal”ın ispaniyalı qapıçısı David Raya yer alıb. Müdafiə xəttini “Barselona”dan Pau Kubarsi, PSJ-dən Əşrəf Hakimi və Nuno Mendes təşkil edib.

Yarımmüdafiədə “Barselona”nın ispaniyalısı Rodri, PSJ-nin portuqaliyalısı Vitinya və “Real”ın ingilis futbolçusu Cud Bellingem qərarlaşıb.

Hücum üçlüyündə isə Lionel Messi ilə yanaşı “Barselona”nın gənc ulduzu Lamin Yamal, “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland və “Real”ın fransalı forvardı Kilian Mbappe yer alıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: