“Milan”ın baş məşqçisi Ruben Amorim İtaliya A Seriyasının 11-ci turunda “Cenoa” üzərində qazandıqları 2:1 hesablı qələbəni şərh edib.
Arena.az xəbər verir ki, Genuyada keçirilən qarşılaşmada “rossoneri” hesabda geri düşməsinə baxmayaraq, oyunu öz xeyrinə dəyişərək 3 xal qazanıb:
“Mən bir daha futbolçularımla fəxr edirəm. Oyundan əvvəl də demişdim ki, əsas məsələ rəqabətədavamlı olmaqdır. Hər matçda bu yanaşmanı qorusaq, qələbə şansımız əhəmiyyətli dərəcədə artacaq.
Bəzən oyunun gedişatını dəyişir, top uğrunda mübarizəni artırır və fərqli oyun nümayiş etdiririk. Bu, qarşılaşma zamanı yenidən qurulmağı bacaran güclü komandanın xüsusiyyətidir.
İstənilən rəqibə qalib gələ bilərik. Lakin mövsümün sonunda məqsədlərimizə çatacağımıza zəmanət verə bilmərəm. Hələ də sabitliyimiz çatışmır”, – Amorim deyib.


