Kifayət Mustafayeva “Leuven” – “Köge” matçında

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlılığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA tərəfindən növbəti beynəlxalq təyinat alıb.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, Kifayət Mustafayeva UEFA Qadınlar Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “OH Leuven” (Belçika) – “HB Köge” (Danimarka) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma bu gün – noyabrın 11-də Belçikanın Leuven şəhərində yerləşən “Den Dreef” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.

Qeyd edək ki, Belçika və Danimarka komandalarının oyununu Slovakiyadan olan Miriama Boçkova idarə edəcək. Ona yan xətt hakimləri Kamille Soriano (Fransa), Tilde Larsson (İsveç) kömək edəcəklər. Dördüncü hakim funksiyasını polşalı Mixalina Dyakov yerinə yetirəcək. VAR-da Katrin Rafalski, AVAR-da isə onun həmyerlisi Benjamin Kortus əyləşəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: