Arsen Venger FIFA prezidenti seçkilərində namizəd ola bilər

İngiltərənin “Arsenal” komandasının sabiq baş məşqçisi, fransalı mütəxəssis Arsen Venger FIFA prezidenti postuna namizədliyini irəli sürə bilər.

Arena.az xəbər verir ki, bu barədə Fransanın “Ekip” qəzeti məlumat yayıb.

77 yaşlı mütəxəssisin yekun qərarını gələn həftənin ortalarında verəcəyi bildirilir. Namizədlər ərizələrini noyabrın 18-nə qədər təqdim etməlidirlər.

FIFA prezidentinə seçkilər 2027-ci ilin martında Mərakeşdə keçiriləcək. Hazırkı prezident Canni İnfantino 2016-cı ildə bu vəzifəyə seçilib və sonradan iki dəfə rəqibsiz şəkildə yenidən seçilib.

Arsen Venger də hazırda FIFA-nın qlobal futbol inkişafı üzrə rəhbəri vəzifəsində çalışır. O, 1996-2018-ci illərdə “Arsenal”a rəhbərlik edib. London klubu onun dönəmində 3 dəfə İngiltərə çempionu, 7 dəfə ölkə kuboku və 7 dəfə super kubokun qalibi olub. Fransalı mütəxəssis “Monako” ilə də Fransa çempionluğu və kubokunu qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: