İkinci Liqa: 11-ci turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan çempionatının İkinci Liqasında 2026/2027-ci illər mövsümünün 11-ci turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə vurğulanır ki, 11-ci turun görüşləri üç günü əhatə edəcək. Noyabrın 15-də iki, 16-da üç, 17-də isə bir qarşılaşma baş tutacaq.

İkinci Liqa
11-ci tur

15 noyabr

“Ağstafa Gəncləri” – “Difai”
Ağstafa şəhər stadionu, 14:30.

“Marafon” – “Şəki”
Sabirabad. “Marafon Arena”, 14:30.

16 noyabr

“Zəngəzur” – “Hypers”
Binə qəsəbə stadionu, 14:00.

“Ağdaş” – “Şirvan”
Ağdaş şəhər stadionu, 14:00.

“Kür-Araz” – “Qaradağ Lökbatan”
Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:00.

17 noyabr

“Dinamo” – “Şəmkir”
Binə qəsəbə stadionu, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: