İkinci Liqa: “Zəngəzur”, “Dinamo” və “Marafon”dan qələbə

Bu gün keçirilmiş oyunlarla futbol üzrə Azərbaycan çempionatının İkinci Liqasında 2026/2027-ci illər mövsümünün 10-cu turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Marafon” səfərdə “Şirvan”a, “Zəngəzur” “Difai”yə qalib gəlib. Çempionatın aşkar autsayderinə çevrilmiş “Şəki” isə bu dəfə “Dinamo”ya böyük hesabla uduzub.

İkinci Liqa
10-cu tur

8 noyabr

“Şəmkir” – “Ağstafa Gəncləri” 0:1
Qol: Elçin Qasımov, 78.
Hakimlər: Nəriman Ağayev, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Pərviz İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

9 noyabr

“Hypers” – “Kür-Araz” 4:0
Qollar: İmran Azaxov, 44. Asim Babazadə, 45; 55-pen. Elariz Xəlilli, 63.
Hakimlər: Nahid Xasıyev, Ruslan Məmmədov, Sadiq Əliyev, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Bərdə şəhər stadionu, 15:00.

“Qaradağ Lökbatan” – “Ağdaş” 5:0
Qollar: Əjdər Hacılı, 5. Rəhman Quliyev, 43. İlkin Əliyev, 52-pen; 75. Tural Axverdiyev, 80.
Hakimlər: Rasim Musayev, Əkbər Əliyev, Hüseyn Vəliyev, Ləman Əmirli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

10 noyabr

“Şirvan” – “Marafon” 0:2
Qollar: Emin Quliyev, 49. Elməddin Hüseynzadə, 53.
Hakimlər: Elçin Abdullayev, Ruslan Babayev, Tural Bayramov, Mehdi Yusifov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Difai” – “Zəngəzur” 1:2
Qollar: Elvin Qurbanov, 57 – Ruslan Voronsov, 61. Cavid Tağıyev, 83-pen.
Hakimlər: Kamil Aydınov, Təhmin Cəlilbəyli, Samir Cabbarov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.

“Şəki” – “Dinamo” 1:4
Qollar: Tural Məmmədzadə, 75 – Yadigar Qarayev, 14. Nuran Muradlı, 28. Zöhrab Bayramov, 90. Nihad Həsənzadə, 90+2.
Hakimlər: Sənan Bayramzadə, Elvin Mədətov, Ağadur Mahmudov, Samir Musayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: