Lionel Skaloni Argentina millisində müqaviləsini yenilədi

Futbol üzrə Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni Argentina Futbol Federasiyası ilə yeni müqavilə imzalayıb.

Arena.az xəbər verir ki, 48 yaşlı mütəxəssisin yeni sözləşməsi 2030-cu ilə qədər nəzərdə tutulub.

Argentina Futbol Federasiyasının sosial şəbəkə hesabında müqavilənin uzadılması ilə bağlı Skaloninin açıqlaması da yayımlanıb.

“İlk gündə hiss etdiyim eyni həvəs və coşğunu yaşayıram və fəaliyyətimi davam etdirə bildiyim üçün çox şadam. Minnətdaram və bu andan etibarən yeni mərhələ başlayır”, – deyə argentinalı baş məşqçi bildirib.

Lionel Skaloni Argentina millisinə 2018-ci ildən rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2021-ci ildə Amerika Kubokunu, 2022-ci ildə isə Finalissimadan sonra Qətərdə keçirilən dünya çempionatını qazanıb. Argentina finalda Fransanı penaltilər seriyasında məğlub edərək tarixində üçüncü dəfə dünya çempionu olub.

2026-cı ildə keçirilən dünya çempionatında da Argentina həlledici qarşılaşmaya qədər irəliləyib. Lakin Cənubi Amerika təmsilçisi finalda İspaniyaya məğlub olaraq turniri ikinci pillədə başa vurub.

Skaloninin rəhbərlik etdiyi Argentina millisinin növbəti sınaqları noyabrın 14 və 17-də keçiriləcək. Komanda həmin tarixlərdə yoldaşlıq oyunlarında müvafiq olaraq Uruqvay və Kosta-Rika ilə qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: