“Xilasedici” “Sportinq”i şoka saldı, ÇL-də mərhələ adladı

Kişi voleybolçular arasında Azərbaycan çempionu “Xilasedici” bu gün Çempionlar Liqasının cari mövsümündə növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, komandamız turnirin 2-ci təsnifat mərhələsinin cavab oyununda Portuqaliyada “Sportinq”in qonağı olub.

Azərbaycan təmsilçisi gərgin keçən qarşılaşmada qələbə qazanıb.

“Xilasedici” ilk setdə 21:25 hesabı ilə məğlub olsa da, ikinci setdə 25:18 hesabı ilə qalib gələrək hesabı bərabərləşdirib. Üçüncü setdə meydan sahibləri yenidən üstün olublar – 25:22. Dördüncü setdə isə Azərbaycan klubu 25:21 hesabı ilə qalib gəlib.

Bundan sonra qarşılaşmanın taleyini əlavə setlər müəyyənləşdirib. Beşinci və altıncı setlərin hər ikisində “Xilasedici” 15:13 hesabı ilə üstün olub və ümumi hesabda 4:2 qalib gəlib.

Xatırladaq ki, bu komandalar arasında Bakıda keçirilən ilk görüşdə “Sportinq” 3:2 hesabı ilə qalib gəlmişdi. Beləliklə, iki oyunun nəticəsinə görə Azərbaycan təmsilçisi mərhələni keçən tərəf olub.

Azərbaycan klubu növbəti mərhələdə “Volley Lyublyana” (Sloveniya) – “Orion Stars Dutinhem” (Danimarka) cütünün qalibi ilə qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: