Orelyen Tçuameni Fransa millisinin düşərgəsini tərk etdi

İspaniyanın “Real” (Madrid) klubunun dayaq yarımmüdafiəçisi Orelyen Tçuameni Fransa milli komandasının düşərgəsində zədələnib.

Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu əzələ zədəsi səbəbindən UEFA Millətlər Liqasının noyabr oyunlarında Fransa yığmasına kömək edə bilməyəcək.

Fransa Futbol Federasiyasının mətbuat xidmətinin məlumatına görə, Tçuamenidə sağ budun adduktor əzələsində zədə aşkarlanıb.

Milli komandanın tibbi və məşqçi heyətinin qərarı ilə futbolçu düşərgəni vaxtından əvvəl tərk edərək Madridə qayıdıb. Çuameninin “Real”ın düşərgəsində əlavə tibbi müayinədən keçəcəyi və zədənin bərpa müddətinin dəqiq müəyyənləşdiriləcəyi bildirilib.

Fransa millisi UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu noyabrın 12-də səfərdə İtaliyaya qarşı keçirəcək. “Üçrənglilər” noyabrın 15-də isə Türkiyə yığması ilə qarşılaşacaqlar.

Xatırladaq ki, Orelyen Tçuameni 2022-ci ildən formasını geyindiyi Madrid “Real”ında 205 oyuna 7 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. O, 2021-ci ildən çıxış etdiyi Fransa yığmasının heyətində 50 oyuna çıxıb, 3 qol və 4 assistlə yadda qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: