Bu gün futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsinin növbəti turu çərçivəsində Lixtenşteyn – Azərbaycan oyunu keçiriləcək.
Arena.az xəbər verir ki, artıq sözügedən komandaların bu oyun üçün heyətləri də açıqlanıb.
Qeyd edək ki, bu görüşü Estoniyadan olan ədalət təmsilçiləri idarə edəcəklər. Qarşılaşmanın baş hakimi Kristo Tohver olacaq.
Səfərdə baş tutacaq oyuna Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.
UEFA Millətlər Liqası
D Liqası, 2-ci qrup
13 noyabr
23:45. Lixtenşteyn – Azərbaycan
Baş hakim: Kristo Tohver (Estoniya).
Vaduts, “Reynpark” stadionu.
Lixtenşteyn: 1. Benjamin Büxel (k), 3. Maks Göppel, 5. Severin Şlegel, 7. Fabio Luke-Notaro, 8. Aron Sele, 10. Marsel Büxel, 11. Alessandro Lo Russo, 14. Livio Meyer, 19. Emanuel Zünd, 20. Nikolas Hasler, 23. Yens Hofer.
Ehtiyat oyunçular: 12. Yustin Ospelt, 21. Tim-Tyado Oehri, 2. Niklas Bek, 4. Filipp Ospelt, 6. Andreas Malin, 9. Ferhat Sağlam, 13. Yonas Abidi, 15. Andrin Netser, 16. Bruno Poitner, 17. Liam Krans, 18. Manuel Mikus, 22. Florian Allqauer.
Baş məşqçi: Konrad Fünfştük.
Azərbaycan: 1. Emil Balayev, 2. Rəhman Daşdəmirov, 3. Rüfət Abbasov, 4. Rahil Məmmədov, 6. Abdulla Xaybullayev, 7. Toral Bayramov, 10. Mahir Emreli, 15. Bədavi Hüseynov (k), 18. Oruc Məmmədov, 20. Aleksey İsayev, 21. Qismət Alıyev.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 23. Aydın Bayramov, 8. Emin Mahmudov, 9. Musa Qurbanlı, 11. Xəyal Əliyev, 13. Eşqin Əhmədov, 14. Elvin Bədəlov, 16. Emil Mustafayev, 17. Tellur Mütəllimov, 19. Rüfət Abdullazadə, 22. Ağadadaş Salyanski.
Baş məşqçi: Ayxan Abbasov.


