U-21 millimiz Oman üzərində əzmkar qələbəyə sevindi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-21) bu gwn yoxlama oyununda Omanın U-23 yığması ilə üz-üzə gəlib.

Arena.az xəbər verir ki, sözügedən komandalar Masazırda üz-üzə gəliblər.

“Əlincə Arena”da keçirilmiş görüş yığmamızın 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb. Hesabı ilk hissədə qonaqlar açıblar. Amma fasilədən sonra yığmamız hesabda dönüş yaratmağı bacarıb. Komandamızın hər iki qolunu Niyazi Osmanov vurub.

Xatırladaq ki, bu komandalar arasında daha bir yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Növbəti matç noyabrın 17-də keçiriləcək. Yenə “Əlincə Arena”da təşkil ediləcək görüşə saat 17:00-da start veriləcək.

Bu oyunlar üçün U-21 millimizin heyətinə dəvət almış futbolçuların siyahısını təqdim edirik:

Sadiq Məmmədzadə – İmişli
Səlim Həşimov – Gəncəbasar
Teymur Həsənov – Qarabağ
Ceyhun Bağırzadə – Şamaxı
Elgün Dünyamalıyev – Sabah
Hüseyn Hüseynov – Mingəçevir
Timur Vəliyev – Master-Saturn (Rusiya)
Məhəmməd Məhəmmədov – Neftçi
Həsən Məmmədli – Rot-Vays Oberhauzen (Almaniya)
Mikael Cəbrayılov – İnter Barselona (İspaniya)
Allahverdi Rəhimov – Zaqatala
Elnur Mustafayev – Mingəçevir
Yusif Hacıyev – Zirə
Qədir Ramazanov – Qəbələ
Ceyhun Kəlbəliyev – Şimal
Dinamin Bağırov – Gəncəbasar
Cuma Hüseynov – Qəbələ
Elmar Məmmədov – Şəfa
Əli Xəlilov – Aleksandriya (Ukrayna)
Müzəffər Qurbanov – Dnepr (Belarus)
İlkin Cəfərli – Sabah
Elşən Hidayətov – Baku Sportinq
Yusif Mehtiyev – Lokomotiv (Gürcüstan)
Niyazi Osmanov – Şimal
Can Naibov – Kosmos (Ximki, Rusiya)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: