Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Kəpəz” və “Gəncəbasar” komandaları yoxlama matçı keçiriblər.
Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün Gəncə stadionunda üz-üzə gəliblər.
Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Premyer Liqa təmsilçisinin heyətində Kennet Kalunqa fərqlənib. Birinci Liqa komandasının qolunu isə İlham Hüseynov vurub.
Xatırladaq ki, “Kəpəz” Premyer Liqanın 2026/2027-ci illər mövsümünün geridə qalmış hissəsində keçirdiyi 10 oyunda 5 qələbə qazanıb, 2 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb. Gəncə təmsilçisi 17 xalla 12 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.
Birinci Liqada çıxış edən “Gəncəbasar” isə 7 oyunda 5 qələbə qazanıb, 1 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb. 16 xalı olan komanda 10 iştirakçı arasında 2-cidir.


