Erlinq Haland Millətlər Liqasındakı rekordunu yenilədi

Norveç millisinin hücumçusu Erlinq Haland UEFA Millətlər Liqasının tarixində vurduğu qolların sayına görə şəxsi rekordunu yeniləyib.

Arena.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Belə ki, forvard noyabrın 14-də Uelsə qarşı keçirdikləri ev oyununda (3:1) penaltini dəqiq yerinə yetirərək turnirdəki 21 matçda vurduğu topların sayını 23-ə çatdırıb.

Norveçli futbolçunun ən yaxın izləyiciləri hərəyə 15 qol vurmuş serbiyalı Aleksandr Mitroviç və artıq yığma karyerasını başa vurmuş portuqaliyalı Kristiano Ronaldodur.

Qeyd edək ki, Erlinq Haland milli komandanın bütün tarixi ərzində ən yaxşı bombardiridir. 26 yaşlı hücumçu Norveç yığmasında keçirdiyi 60 oyunda 66 qol vurub.

5 turdan sonra 6 xal toplamış norveçlilər qrup mərhələsini noyabrın 17-də Danimarkaya qarşı keçirəcəkləri səfər matçı ilə başa vuracaqlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: