İkinci Liqa: 11-ci turun bütün təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan çempionatının İkinci Liqasında 2026/2027-ci illər mövsümünün 11-ci turunun bütün təyinatları müəyyənləşib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir.

Qeyd edək ki, 11-ci turun görüşləri noyabrın 15-də, 16-da və 17-də keçiriləcək.

İkinci Liqa
11-ci tur

15 noyabr

“Ağstafa Gəncləri” – “Difai”
Hakimlər: Rəsul Babayev, Ağadur Mahmudov, Elvin Mədətov, Rasim Musayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Ağstafa şəhər stadionu, 14:30.

“Marafon” – “Şəki”
Hakimlər: Ləman Əmirli, Ruslan Babayev, Tural Bayramov, Sənan Bayramzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
“Marafon Arena”, 14:30.

16 noyabr

“Zəngəzur” – “Hypers”
Hakimlər: Vaqif Vəliyev, Əhməd Əhmədsoy, Cavid Ömərov, Nəriman Ağayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Binə qəsəbə stadionu, 14:00.

“Ağdaş” – “Şirvan”
Hakimlər: Hacıağa Həsənov, Rizvan Süleymanov, Əkbər Əliyev, Kamil Aydınov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Ağdaş şəhər stadionu, 14:00.

“Kür-Araz” – “Qaradağ Lökbatan”
Hakimlər: Samir Musayev, Samir Cabbarov, Təhmin Cəlilbəyli, Elçin Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:00.

17 noyabr

“Dinamo” – “Şəmkir”
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Nahid Xasıyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Binə qəsəbə stadionu, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: