Beynəlxalq yoxlama oyunları çərçivəsində noyabrın 16-da keçirilməsi planlaşdırılan Andorra – Azərbaycan matçının hakimləri müəyyənləşib.
Arena.az xəbər verir ki, bu qarşılaşmanı İspaniyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.
Belə ki, görüşün baş hakimi ispaniyalı Xose Luis Munuera Montera olacaq. Ona yan xətt hakimləri olan həmyerliləri Dieqo Sançes Royo və Dieqo Barbero kömək edəcəklər. Dördüncü hakim funksiyasını Pedro Qonçalves yerinə yetirəcək.
Qeyd edək ki, Andorra – Azərbaycan oyunu noyabrın 16-da Enkampdakı 5600 azarkeş tutumuna malik “Estadi de la FAF”-da keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.
Xatırladaq ki, Azərbaycan millii komandası bir neçə gün öncə keçirdiyi rəsmi oyunda (UEFA Millətlər Liqasının qrup mərhələsində) Lixtenşteynə səfərdə qalib gəlmişdi.


