20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-20) bu gün İraqın müvafiq yaş qrupundan ibarət yığması ilə ilk yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, Rui Jorjenin rəhbərlik etdiyi kollektiv Sumqayıtdakı “Sumqayıt Arena”da keçirilmiş qarşılaşmadan qolsuz heç-heçə ilə ayrılıb.
Bu görüş Azərbaycan millisinin İraqla keçirdiyi iki yoxlama matçından birincisi olub. Komandalar noyabrın 20-də Bakıda daha bir dəfə üz-üzə gələcəklər. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmaya saat 16:00-da start veriləcək.
Qeyd edək ki, U-20 millimiz 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatına hazırlıq məqsədilə təlim-məşq toplanışı keçirir.
Yoxlama oyunu
17 noyabr
Azərbaycan – İraq 0:0
“Sumqayıt Arena”.
Azərbaycan: 1. Həbib Hüşənov, 4. Uğur Qurbanlı (15. Rəvan Feyziyev, 64), 14. Murad Qurbanov (5. Rəşad Alışov, 64), 3. Həzrət Səmədov (13. Vüsal Paşayev, 64), 24. Əhməd Tarverdiyev (2. Nadir Orucov, 64), 10. Anar Hüseynov (20. İslam Həsənov, 64), 18. Raul Süleymanov (16. İbrahim Babayev, 64), 8. Hikmət Cəbrayılzadə (17. Eltun Babazadə, 64), 23. Əli Bəşirov (21. Ziya Şəkərxanov, 64), 11. Şahin İbrahimov (7. Nihad Orucəli, 64), 9. Şahnur İsmayılov (19. Nicat Nərimanov, 64).
Ehtiyat oyunçular: 12. Aftandil Arıxov, 22. Rüstəm Yarəhmədov, 6. Pünhan Qasımzadə.
Baş məşqçi: Rui Jorje.
İraq: 12. Sayyad Mohammed, 4. Mohammed Başir, 20. Mohammed Rahman, 19. Karrar Kazım Sfayyih, 2. Sayyad Hussein Casim, 8. Ali Alakbar Amir Ali, 15. Ali Xalid (16. Ali Alriza Haydar, 90+1), 6. Rıza Başar Cabbar (5. Muhammed Ali, 90+1), 11. Abbas Qatea Raca (9. Mohammed Haydar, 74), 17. Murtaza Moxles (18. Yusif Casim, 79), 21. Moamel Malik Sabah (13. Ovs Qazi Hasan, 74).
Ehtiyat oyunçular: 1. Hussein Adnan Raif, 22. Hussein Mohammed, 14. Ali İdris, 3. Abdulrazzaq Ali Ab, 7. Alamer Haydar, 23. Mohammed Haydar X., 24. Xalid Abdulrahman, 10. Haydar Xaldun.
Baş məşqçi: Ahmed Salih.


