Bu gün keçirilmiş oyunlarla futbol üzrə Azərbaycan Birinci Liqasında 2026/2027-ci illər mövsümünün 8-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
MOİK – “Səbail” matçı qolsuz yekunlaşıb. “Mingəçevir” doğma meydanda qarşılaşdığı “Baku Sportinq”i tək qolla üstələyib.
Günün sonuncu oyununa isə xüsusi maraq var idi. Belə ki, Xankəndi Şəhər Stadionunda yenidənqurmadan sonra bu gün ilk rəsmi oyun keçirilib. Burada “Xankəndi” və “Karvan” komandaları üz-üzə gəliblər. Qarşılaşmada topa ilk toxunuşu Xankəndi futbolunun veteranları Samir Ələkbərov, Munis Abdullayev və Emin Salmanovla birlikdə meydana çıxan 44 günlük Vətən müharibəsi şəhidi Fikrət Məmmədovun oğlu, hal-hazırda Xankəndi şəhərində yaşayan İbrahim Məmmədli edib. Qarşılaşma isə Yevlax təmsilçisinin inamlı qələbəsi ilə bitib.
8-ci turun qalan görüşləri noyabrın 20-də keçiriləcək.
Birinci Liqa
8-ci tur
19 noyabr
MOİK – “Səbail” 0:0
Hakimlər: Namiq Bəkirov, Safalı Ağayev, Məmmədəli Kərimov, Alik Yunusov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Binə qəsəbə stadionu, 14:00.
“Mingəçevir” – “Baku Sportinq” 1:0
Qol: Samson Oqunmola, 15.
Hakimlər: Ceyhun Hüseynov, Mirnihad Seyidov, Aydın Baxşiyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 14:30.
“Xankəndi” – “Karvan” 0:2
Qollar: İbrahim Əliyev, 67. Obicon Onyeka, 77.
Hakimlər: Kamranbəy Rəhimov, Sənan Atayev, Vüqar Bayramov, Nazim Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Xankəndi şəhər stadionu, 16:00.
20 noyabr
“Şahdağ Qusar” – “Gəncəbasar”
Hakimlər: Kamal Umudlu, Rəhman Aslanov, Asif Abdullayev, Maqsud Şamıyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu, 14:00.
“Şimal” – “Zaqatala”
Hakimlər: İslam Məmmədov, Zakir Şükürzadə, Elman Kərimov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.


