Orelyen Tçuameni “Real”la yeni müqaviləyə imza atdı

Futbol üzrə Fransa milli komandasının yarımmüdafiəçisi Orelyen Tçuameni İspaniyanın “Real” klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, Madrid klubu bu barədə rəsmi saytı vasitəsilə açıqlama yayıb.

26 yaşlı futbolçu ilə yeni sözləşmə 2032-ci il iyunun 30-dək nəzərdə tutulub.

Tçuameninin əvvəlki müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədə idi. Beləliklə, “Real” fransalı futbolçunu daha dörd mövsüm komandada saxlamaq qərarına gəlib.

Orelyen Tçuameni 2022-ci ilin yayından “Real”ın formasını geyinir. Fransalı futbolçu Madrid klubuna “Monako”dan keçib. O, İspaniya klubunun heyətində UEFA Çempionlar Liqası, İspaniya çempionatı, İspaniya Kuboku və İspaniya Super Kuboku, UEFA Super Kuboku, eləcə də klublararası dünya çempionatının qalibi olub, həmçinin UEFA Super Kubokunu iki dəfə qazanıb.

Fransa millisində 50 oyun keçirmiş yarımmüdafiəçi 3 qol vurub və 4 məhsuldar ötürmə verib. Tçuameni 2021-ci ildə Fransa yığmasının UEFA Millətlər Liqasının qalibi olmasına da kömək edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: