Yüksək Liqa üçün 10 komanda

Futzal üzrə Azərbaycan çempionatının (Yüksək Liqa) 2026/2027-ci illər mövsümündə iştirak edəcək bütün komandalar dəqiqləşiblər.

Arena.az xəbər verir ki, turnirdə 10 komanda mübarizə aparacaq.

Bunlar “Araz-Naxçıvan”, “Yasamal Bakı”, “Rəvan”, “Atidel Ordubad”, “Şuşa”, “Marafon”, “Xankəndi”, “Baku Fire”, “Neftçi” İK və “İmişli” klublarıdır.

Birinci Liqada isə “Baku”, “Ulduz”, “İçərişəhər”, “Star karqo”, “Xan Lənkəran”, “Timsport”, “Baku Fire-1”, “Metropoliten”, “Xəzər”, “Neftçala” və “Finans” komandaları iştirak edəcəklər.

Xatırladaq ki, ötən mövsüm Yüksək Liqa “Araz-Naxçıvan” komandasının çempionluğu ilə başa çatmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: