Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 11-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
İkinci Liqa, 11-ci tur
“Ağstafa Gəncləri” – “Difai” oyununda “Ağstafa Gəncləri” matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə Ağstafa komandası 150 manat cərimə edilib.
“Zəngəzur” – “Hypers” oyununda “Hypers”də 6 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib.
“Kür-Araz” – “Qaradağ Lökbatan” oyunu Təcili Tibbi Yardım avtomobilinin olmaması səbəbindən gec başladığına görə “Kür-Araz” komandası 200 manat cərimə edilib.
“Dinamo” – “Şəmkir” oyunu “Dinamo”nun formasında problem olması səbəbindən gec başladığına görə sözügedən komanda 150 manat cərimə edilib. “Şəmkir”in 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şəmkir” 70 manat cərimə edilib.


