Bu gün keçiriləcək oyunlarla futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 12-ci turuna start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Turun açılış oyununda “İmişli” “Zirə”ni qəbul edəcək. Yevlax şəhər stadionunda təşkil ediləcək oyuna saat 14:30-da start veriləcək. Qarşılaşmanın baş hakimi Cavid Cəlilov olacaq.
Günün digər oyunu “Sumqayıt”la “Sabah” arasında keçiriləcək. Bu oyunu Elvin Bayramov idarə edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək.
12-ci turun qalan görüşləri noyabrın 21-də və 22-də keçiriləcək.
Premyer Liqa
12-ci tur
20 noyabr
“İmişli” – “Zirə”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Nazim Abdullayev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Yevlax şəhər stadionu, 14:30.
“Sumqayıt” – “Sabah”
Hakimlər: Elvin Bayramov, Asiman Əzizli, Zöhrab Abbasov, Vüqar Həsənli.
VAR: Rəşad Əhmədov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.
21 noyabr
“Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Emin Əliyev, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov.
VAR: Nicat İsmayıllı.
AVAR: Gülnurə Əkbərzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu, 14:30.
“Şəfa” – “Qəbələ”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Orxan İbişov, Kamal Umudlu.
VAR: İnqilab Məmmədov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Sumqayıt Arena”, 17:00
22 noyabr
“Araz-Naxçıvan” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Əliyar Ağayev.
VAR: Fərid Hacıyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Şamaxı şəhər stadionu, 14:30.
“Kəpəz” – “Qarabağ”
Hakimlər: Rauf Cabbarov, Zeynal Zeynalov, Tərlan Talıbzadə, Ruslan Quliyev.
VAR: Əkbər Əhmədov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Gəncə şəhər stadionu, 17:00.


