“Xilasedici” ÇL-də Slovenya klubuna uduzdu

Azərbaycanın “Xilasedici” komandası kişi voleybolçular arasında Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununu keçirib.

Arena.az xəbər verir ki, təmsilçimiz Bakıda Sloveniyanın “Volley Lyublyana” komandasını qəbul edib.

Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil edilmiş qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 1:3.

Görüşün setlərində 20:25, 18:25, 26:24, 20:25 hesabları qeydə alınıb.

Beləliklə, “Xilasedici” iki oyunun nəticəsinə əsasən mərhələni keçmək üçün cavab qarşılaşmasında mütləq qələbə qazanmalıdır.

Komandalar arasında cavab oyunu noyabrın 26-da Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək.

Xatırladaq ki, Azərbaycan təmsilçisi Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə qədər Portuqaliyanın “Sportinq” komandasını mübarizədən kənarlaşdırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: