ÇL matçında hakimi təhqir edən futbolçu 2 oyunluq cəzalandı

AEK-in futbolçusu Əbubəkri Koita hakimi təhqir etdiyi üçün UEFA Çempionlar Liqasında (ÇL) iki oyunluq diskvalifikasiya olunub.

Arena.az xəbər verir ki, bu barədə Yunanıstanın “Agones” portalı məlumat yayıb.

28 yaşlı mavritaniyalı vinger noyabrın 4-də Madrid “Real”ına qarşı keçirilən oyunun sonunda meydandan qovulub. Koita qarşılaşmanın baş hakimi, italiyalı Mauritsio Mariani ilə mübahisə zamanı onu təhqir edib və qırmızı vərəqə alıb.

UEFA-nın qərarına əsasən, futbolçu Çempionlar Liqasının növbəti iki oyununda komandasına kömək edə bilməyəcək.

Koita noyabrın 24-də səfərdə “Komo”ya qarşı keçiriləcək görüşü, həmçinin dekabrın 8-də “Qalatasaray”la ev oyununu buraxacaq.

Mavritaniyalı futbolçu cari mövsümdə ÇL-də AEK-in heyətində 4 matç keçirib. O, bu qarşılaşmalarda 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: