Super Liqa: “DH Volley”dən “Azərreyl” üzərində asan qələbə

Qadın voleybolçuların Azərbaycan çempionatında (Super Liqa) bu gün 2026/27 mövsümünün 3-cü turundan təxirə salınmış bir oyun keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə matçında “Azərreyl” və “DH Volley” komandaları üz-üzə gəliblər.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutmuş qarşılaşma “DH Volley” komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan çempionatında növbəti oyun sabah saat 14:00-da “Murov” Voleybol Komandasının idman zalında keçiriləcək. Bu görüşdə “Murov” və “Gəncə” komandaları qarşılaşacaqlar.

Super Liqa
3-cü tur

20 noyabr

“Azərreyl” – “DH Volley” 0:3 (16:25, 12:25, 16:25)

Bu nəticədən sonra “DH Volley” turnir cədvəlində xallarını 6-ya çatdırıb.

Turnir cədvəli:

“Turan” – 6 xal
“DH Volley” – 6
“Naxçıvan” – 5
“Milli Aviasiya Akademiyası” – 3
“Murov” – 3
“Azərreyl” – 3
“Azərmaş Abşeron” – 3
“Gəncə” – 1
UNEC – 0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: