Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2026/2027-ci illər mövsümünün 2-ci turundan təxirə salınmış bir oyun keçirilib.
Arena.az xəbər verir ki, günün yeganə qarşılaşmasında “Sabah” və “Gəncə” komandaları üz-üzə gəliblər.
Bakı İdman Sarayında təşkil edilmiş görüş “Sabah”ın inamlı qələbəsi ilə başa çatıb – 107:85. İlk hissədən sonra hesab bərabər olsa da, “Sabah” üçüncü periodda rəqibindən 13 xal üstün olub və yekunda böyük hesablı qələbə qazanıb.
Azərbaycan Basketbol Liqası
2-ci turdan təxirə salınmış oyun
21 noyabr
“Sabah” – “Gəncə” 107:85 (23:23, 34:25, 31:18, 19:19)
Qalib komandanın heyətində ən məhsuldar oyunçu Nikolas Perkins olub. O, 30 xal toplayıb.
Qeyd edək ki, turun daha əvvəl keçirilmiş oyunlarında “Sumqayıt” “Naxçıvan”a 76:87, “Neftçi” “Ordu”ya 83:79, “Landau Lions” isə NTD-yə 102:68 hesabı ilə qalib gəlib.
Bu nəticədən sonra “Sabah” 7 oyundan 6 qələbə ilə 13 xal toplayaraq ABL-in turnir cədvəlinə başçılıq edir:
- “Sabah” – 13
- “Naxçıvan” – 11
- “Neftçi” – 11
- “Sumqayıt” – 10
- “Landau Lions” – 9
- “Gəncə” – 9
- “Ordu” – 8
- NTD – 7


