Liqa 1: “Trua” “Havr”ı xalsız yola saldı

Bu gün keçirilmiş oyunla futbol üzrə Fransa çempionatında (Liqa 1) 2026/2027-ci illər mövsümünün 11-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Trua” doğma meydanda “Havr” ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı oyun meydan sahibləri üçün daha uğurlu alınıb. Hesabı qonaqların açmasına baxmayaraq, “Trua” yekunda əzmkar və inamlı qələbəyə sevinib.

Qeyd edək ki, 11-ci turun qalan görüşləri noyabrın 21-də və 22-də keçiriləcək.

Fransa, Liqa 1
11-ci tur

20 noyabr

Trua – Havr 3:1

21 noyabr

20:15. Nitsa – PSJ
23:45. Lans – Tuluza
23:45. Lill – Olimpik (Lion)
23:45. Monako – Oser
23:45. Strasburq – Brest

22 noyabr

18:00. Paris – Anje
20:15. Loryan – Renn
23:45. Olimpik (Marsel) – Le Man

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: