Premyer Liqa: “Şamaxı” “Turan”a, “Şəfa” “Qəbələ”yə qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 12-ci turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq.

“Şamaxı” bu turda “Turan Tovuz”u qəbul edəcək. Şamaxı şəhər stadionunda keçiriləcək oyuna saat 14:30-da start veriləcək. Qarşılaşmanın baş hakimi Emin Əliyev olacaq.

“Şəfa” isə “Qəbələ” ilə üz-üzə gələcək. Sözügedən matçı Əli Əliyev idarə edəcək. “Sumqayıt Arena”da təşkil ediləcək matçın start fiti saat 17:00-da səslənəcək.

Premyer Liqa
12-ci tur

20 noyabr

“İmişli” – “Zirə” 2:2
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Nazim Abdullayev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Yevlax şəhər stadionu, 14:30.

“Sumqayıt” – “Sabah” 1:5
Hakimlər: Elvin Bayramov, Asiman Əzizli, Zöhrab Abbasov, Vüqar Həsənli.
VAR: Rəşad Əhmədov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.

21 noyabr

“Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Emin Əliyev, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov.
VAR: Nicat İsmayıllı.
AVAR: Gülnurə Əkbərzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu, 14:30.

“Şəfa” – “Qəbələ”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Orxan İbişov, Kamal Umudlu.
VAR: İnqilab Məmmədov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Sumqayıt Arena”, 17:00

22 noyabr

“Araz-Naxçıvan” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Əliyar Ağayev.
VAR: Fərid Hacıyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Şamaxı şəhər stadionu, 14:30.

“Kəpəz” – “Qarabağ”
Hakimlər: Rauf Cabbarov, Zeynal Zeynalov, Tərlan Talıbzadə, Ruslan Quliyev.
VAR: Əkbər Əhmədov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Gəncə şəhər stadionu, 17:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: