Bu gün keçirilmiş oyunlarla futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 12-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
“Gənclərbirliyi” doğma meydanda qarşılaşdığı “Qaziantep”i tək qolla üstələyib. Cari mövsümün debütantı və sürpriz komandası “Amedspor” evdə “Rizəspor”a 2 cavabsız qolla uduzub. “Qalatasaray” “Samsunspor”la ev oyunundakı qələbə sayəsində zirvədəki mövqeyini daha da möhkəmləndirib. “Kocaelispor”un qonağı olmuş “Fənərbağça” isə növbəti xal itkisi ilə üzləşib.
12-ci turun qalan görüşləri noyabrın 22-də və 23-də keçiriləcək.
Türkiyə, Super Liqa
12-ci tur
21 noyabr
Gənclərbirliyi – Qaziantep 1:0
Amedspor – Rizəspor 0:2
Qalatasaray – Samsunspor 2:1
Kocaelispor – Fənərbağça 2:2
22 noyabr
14:30. Ərzurumspor – Göztəpə
17:00. Kasımpaşa – Alanyaspor
17:00. Konyaspor – Beşiktaş
20:00. Trabzonspor – Eyüpspor
23 noyabr
21:00. Başakşəhər – Çorum


