Super Liqa: “Murov” “Gəncə”ni xalsız yola saldı

Bu gün qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 3-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun sonuncu qarşılaşmasında “Murov” və “Gəncə” komandaları üz-üzə gəliblər.

“Murov” Voleybol Klubunun idman zalında keçirilmiş görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Super Liqa
3-cü tur

21 noyabr

“Murov” – “Gəncə” 3:1 (22:25, 25:21, 25:23, 25:17)

Beləliklə, “Murov” aktivinə 3 xal yazdıraraq turnir cədvəlində 6 xala çatıb. “Gəncə” isə 1 xalda qalıb.

  1. “Turan” – 6 xal
  2. “DH Volley” – 6
  3. “Murov” – 6
  4. “Naxçıvan” – 5
  5. “Milli Aviasiya Akademiyası” – 3
  6. “Azərreyl” – 3
  7. “Azərmaş Abşeron” – 3
  8. “Gəncə” – 1
  9. UNEC – 0
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: