Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2026/2027-ci illər mövsümünün 11-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
“Lans” – “Tuluza” və “Monako” – “Oser” matçlarında qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Lill” doğma meydanda Lion “Olimpik”inə, “Brest” isə “Strasburq”a minimal hesabla məğlub olub.
Beş qolun qeydə alındığı “Nitsa” – PSJ görüşü də qonaqların çətin qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, 11-ci turun qalan görüşləri noyabrın 21-də və 22-də keçiriləcək.
Fransa, Liqa 1
11-ci tur
20 noyabr
Trua – Havr 3:1
21 noyabr
Nitsa – PSJ 2:3
Lans – Tuluza 1:1
Lill – Olimpik (Lion) 0:1
Monako – Oser 1:1
Strasburq – Brest 0:1
22 noyabr
18:00. Paris – Anje
20:15. Loryan – Renn
23:45. Olimpik (Marsel) – Le Man


