Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2026/2027-ci illər mövsümünün 13-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
İki qolun qeydə alındığı “Sevilya” – “Betis” matçında qalib müəyyənləşməyib. “Rayo Valyekano” evdə “Valensiya”ya minimal hesabla uduzub. “Alaves” “Deportivo”nu, Madrid “Real”ı isə “Selta”nı xalsız yola salıb.
Qeyd edək ki, 13-cü turun qalan görüşləri noyabrın 22-də və 23-də keçiriləcək.
İspaniya, La Liqa
13-cü tur
20 noyabr
Atletik – Espanyol 0:1
21 noyabr
Alaves – Deportivo 3:1
Rayo Valyekano – Valensiya 0:1
Sevilya – Betis 1:1
Real – Selta 2:1
22 noyabr
17:00. Barselona – Vilyarreal
19:15. Rasinq – Real Sosyedad
21:30. Osasuna – Malaqa
00:00. Xetafe – Atletiko
23 noyabr
00:00. Levante – Elçe


