Bu gün keçirilmiş oyunlarla futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2026/2027-ci illər mövsümünün 12-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
“Komo” doğma meydanda “Kalyari”yə 2, “Napoli” isə “Torino”ya tək qolla qalib gəlib. Lider “Latsio” da “Leççe” ilə ev oyunundan 3 cavabsız qolla qalib ayrılıb. “Parma”nın qonağı olmuş “Roma” da səfərdə darmadağına imza atıb.
Qeyd edək ki, 12-ci turun qalan görüşləri noyabrın 22-də və 23-də keçiriləcək.
İtaliya, A Seriyası
12-ci tur
21 noyabr
Komo – Kalyari 2:0
Latsio – Leççe 3:0
Parma – Roma 1:5
Napoli – Torino 1:0
22 noyabr
15:30. Yuventus – Venetsiya
18:00. Bolonya – Udineze
18:00. Sassuolo – Cenoa
21:00. Milan – Frozinone
23:45. Atalanta – İnter
23 noyabr
23:45. Montsa – Fiorentina


