Bu gün keçiriləcək oyunlarla futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 12-ci turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” lider “Neftçi”ni qəbul edəcək. Şamaxı şəhər stadionunda baş tutacaq oyuna saat 14:30-da start veriləcək. Qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadə olacaq.
Turun qapanış matçında isə “Kəpəz” “Qarabağ”la üz-üzə gələcək. Bu oyunu Rauf Cabbarov idarə edəcək. Gəncə şəhər stadionunda keçiriləcək oyunun start fiti saat 17:00-da səslənəcək.
Premyer Liqa
12-ci tur
20 noyabr
“İmişli” – “Zirə” 2:2
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Nazim Abdullayev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Yevlax şəhər stadionu, 14:30.
“Sumqayıt” – “Sabah” 1:5
Hakimlər: Elvin Bayramov, Asiman Əzizli, Zöhrab Abbasov, Vüqar Həsənli.
VAR: Rəşad Əhmədov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.
21 noyabr
“Şamaxı” – “Turan Tovuz” 0:2
Hakimlər: Emin Əliyev, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov.
VAR: Nicat İsmayıllı.
AVAR: Gülnurə Əkbərzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu, 14:30.
“Şəfa” – “Qəbələ” 0:2
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Orxan İbişov, Kamal Umudlu.
VAR: İnqilab Məmmədov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Sumqayıt Arena”, 17:00
22 noyabr
“Araz-Naxçıvan” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Əliyar Ağayev.
VAR: Fərid Hacıyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Şamaxı şəhər stadionu, 14:30.
“Kəpəz” – “Qarabağ”
Hakimlər: Rauf Cabbarov, Zeynal Zeynalov, Tərlan Talıbzadə, Ruslan Quliyev.
VAR: Əkbər Əhmədov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Gəncə şəhər stadionu, 17:00.


