Elçin Səmədli “Kauno Jalgiris” – “Benfika” matçına təyinat aldı

Azərbaycanlı hakim-inspektor Elçin Səmədli futzal üzrə UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin oyununa təyinat alıb.

Arena.az bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Elçin Səmədli noyabrın 23-də keçiriləcək “Kauno Jalgiris” (Litva) – “Benfika” (Portuqaliya) qarşılaşmasında hakimlərin işini qiymətləndirəcək.

Sabah Litvanın Kaunas şəhərində keçiriləcək bu matçı İsveçrədən olan hakimlər idarə edəcək. Daniel Matkoviç baş hakim, Darko Boskoviçlə Emilie Aubri köməkçi referi kimi fəaliyyət göstərəcəklər. Martin Matula “timekeeper” olacaq. Bu matçın UEFA nümayəndəsi Ukraynanı təmsil edən Marina Kirilyuk olacaq.

Xatırladaq ki, Kaunasdakı “S.Darius və S.Girenas” adına İdman Mərkəzində təşkil ediləcək “Kauno Jalgiris” – “Benfika” matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: