Premyer Liqa: Poçettinolu MY Liverpulda darmadağın oldu

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 11-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

“Hall Siti” doğma meydanda “Brayton”la üz-üzə gəlib və 2 cavabsız qolla üstün olub. Turun mərkəzi oyununda isə “Liverpul” və “Mançester Yunayted” qarşılaşıblar. “Qırmızılar” bu görüşdə “qırmızı şeytanlar”ı 4 cavabsız qolla məğlub ediblər. Bir sözlə, Mançester təmsilçisi yeni baş məşqçisi Maurisio Poçettionun debütündə darmadağına üzülüb.

İngiltərə, Premyer Liqa
11-ci tur

21 noyabr

Mançester Siti – Fulhem 1:1
Aston Villa – Sanderlend 0:0
Bornmut – Nottingem Forest 2:0
Çelsi – Lids 1:4
Koventri Siti – Kristal Pelas 3:2
Tottenhem – İpsviç Taun 2:0
Nyukasl – Arsenal 2:2

22 noyabr

Hall Siti – Brayton 2:0
Liverpul – Mançester Yunayted 4:0

23 noyabr

00:00. Brentford – Everton

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: