Bundesliqa: “Verder” 4, “Auqsburq” 3 qolla qalib gəldi

Bu gün keçirilmiş oyunlarla futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2026/2027-ci illər mövsümünün 10-cu turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Auqsburq” – “Maynts” matçında meydan sahibləri inamlı qələbəyə seviniblər. “Verder” isə “Hamburq”la ev matçından darmadağınla ayrılıb.

Beləliklə, 10 turdan sonra 24 xala malik Dortmund “Borussiya”sı vahid liderdir. “Bayern”lə “Frayburq” 22, “Leypsiq” 21, “Bayer” 19, “Verder” 18 xal toplayıblar.

Almaniya, Bundesliqa
10-cu tur

20 noyabr

Bayern – Köln 1:1

21 noyabr

Borussiya (Mönhenqladbax) – Borussiya (Dortmund) 0:1
Bayer – Paderborn 4:0
Ayntraxt – Hoffenhaym 1:0
Elversberq – Frayburq 0:1
Union Berlin – Leypsiq 1:5
Şalke – Ştutqart 0:0

22 noyabr

Auqsburq – Maynts 3:1
Verder – Hamburq 4:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: