Futbol üzrə Almaniya milli komandasının və “Bayern” klubunun cinah hücumçusu Camal Musiala növbəti dəfə nevroloji tutma keçirib.
Arena.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.
Hadisənin noyabrın 16-da “Bayern”in məşqi zamanı baş verdiyi bildirilir. Musiala artıq ertəsi gün məhdudiyyətsiz şəkildə məşqlərə qayıdıb. 23 yaşlı futbolçu daha sonra Bundesliqada “Köln”lə 1:1 hesabıyla başa çatmış görüşdə meydana çıxıb.
Qeyd edək ki, Musiala ötən yay “Bayern”in yoldaşlıq görüşlərində iki dəfə huşunu itirib. O, “Haydenhaym”la (4:2) və “Leypsiq”lə (3:1) oyunlarda belə hal yaşayıb. Daha sonra futbolçu vaxtaşırı nevroloji disfunksiya tutmalarından əziyyət çəkdiyini açıqlayıb.
Camal Musiala 2020-ci ildən “Bayern”in əsas komandasında çıxış edir. O, Münhen klubunun heyətində 6 dəfə Almaniya çempionu, Almaniya Kubokunun, UEFA Super Kubokunun və klublararası dünya çempionatının qalibi olub.
Almaniya millisində 46 oyun keçirmiş Musiala 10 qol vurub və 8 məhsuldar ötürmə edib.


