“Napoli”nin baş məşqçisi Massimiliano Alleqri futbol üzrə İtaliya çempionatında (A Seriyası) unikal göstəriciyə imza atıb.
Arena.az xəbər verir ki, 59 yaşlı mütəxəssis İtaliya çempionatının 2026/2027-ci illər mövsümünün 12-ci turunda “Torino” ilə oyunda (1:0) əldə olunmuş qələbə sayəsində A Seriyasındakı karyera xallarının sayını 1100-ə çatdırıb.
Beləliklə, Alleqri İtaliya çempionatının tarixində 1100 xal toplamış ilk baş məşqçi olub.
A Seriyasında karyerası ərzində 1000 xal həddini keçən digər mütəxəssislər Luçano Spalletti və Can Pyero Qasperinidir.
Qeyd edək ki, A Seriyasında qələbəyə görə 3 xal verilməsi 1994/1995-ci illər mövsümündən tətbiq olunur.
İtaliya A Seriyasının cari mövsümünə 12 oyunda 32 xal toplamış “Latsio” liderlik edir. “Roma” 30 xalla ikinci, “İnter” 29 xalla üçüncü pillədə qərarlaşıb. “Milan”ın 27, “Komo”nun 26, “Yuventus”un 21, “Frozinone”nin 20, “Napoli”nin isə 18 xalı var.


