Futbol üzrə Braziliya milli komandasının və İspaniyanın “Real” (Madrid) klubunun gənc hücumçusu Endrik zədə səbəbindən sıradan çıxıb.
Arena.az xəbər verir ki, klubun tibbi müayinəsindən sonra 20 yaşlı futbolçunun sol ayağının adduktor əzələsində zədə aşkarlanıb.
“Real” bərpa müddətini rəsmi olaraq açıqlamasa da, İspaniya mətbuatı onun təxminən üç həftə yaşıl meydanlardan uzaq qalacağını yazıb.
İlkin hesablamalara görə, Endrik “Alaves”, “Real Sosyedad”, “Atletik” və “Arsenal”la oyunları buraxa bilər. Onun PSV ilə UEFA Çempionlar Liqası matçında forma geyinməyəcəyi dəqiqləşib.
Xatırladaq ki, braziliyalı futbolçu sonuncu dəfə noyabrın 21-də La Liqada “Selta” ilə oyunda meydana çıxıb. O, qarşılaşmanın 71-ci dəqiqəsində oyuna daxil olub və komandasının 2:1 hesablı qələbəsinə şahidlik edib.
Braziliyalı forvard bu mövsüm “Real”ın heyətində 8 oyunda iştirak edib və 1 qol vurub.


