Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 12-ci turu mövsümün ilki ilə əlamətdar olub.
Arena.az xəbər verir ki, cari çempionatda ilk dəfə meydan sahibi olan komandalardan heç biri qələbə qazanmayıb.
Məğlub olmayan qonaqlar 6 oyunda 4 qələbə qazanıb və 2 heç-heçə ediblər. “İmişli” “Zirə” (2:2), “Kəpəz” isə “Qarabağ”la (0:0) qarşılaşmadan xalla ayrılıb. “Sumqayıt” “Sabah”a 1:5, “Şəfa” “Qəbələ”yə 0:2, “Şamaxı” “Turan Tovuz”a 0:2, “Araz-Naxçıvan” “Neftçi”yə 1:3 hesabı ilə uduzub.
Meydan sahiblərinin turu qələbəsiz başa vurması sonuncu dəfə ötən mövsümün əvvəllərində yaşanıb. 2-ci turun 6 qarşılaşmasında 1 heç-heçə qeydə alınıb, 5 görüşdə isə qonaqlar qalib gəliblər.
Qeyd edək ki, ötən gün Premyer Liqa çərçivəsində 12-ci turun sonuncu görüşləri keçirilib. 12 turdan sonra 27 xala malik “Neftçi” vahid liderdir. “Sabah”la “Turan Tovuz” 24 xalla 2-3-cü pillələri bölüşürlər. “Qarabağ”la “Zirə”nin 20, 6-cı pillədə qərarlaşmış “Kəpəz”in 18 xalı var.


