Hans Flik “Sabah”ı La Liqa klubları ilə müqayisə etdi

“Barselona”nın baş məşqçisi Hans Flik UEFA Çempionlar Liqasında “Sabah”a qarşı keçirəcəkləri səfər oyunundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, sözügedən komandalar sabah Bakı Olimpiya Stadionunda üz-üzə gələcəklər.

Hansi Flik bu gün Bakıda təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Sabah” futbol oynamağı sevən komandadır. Onlar konkret çərçivədə oynamağı sevirlər. Hər bir rəqibə hörmətlə yanaşırıq.

Biz keçmişdə də Lamin Yamalsız oynamışıq. Nəyi necə edəcəyimizi bilirik. Yamala bizim üçün çox vacib oyunçudur. Dünən səhər onun vəziyyətini yoxladıq və qərara gəldik ki, İspaniyada qalması daha məqəsəduyğundur. Hər şey qaydasındadır. Onsuz oynayacağıq.

Yamalın əvəzində kimin oynayacağına hələ qərar verməmişik. Bu gün məşq edəcəyik. Sabah fərqli gün olacaq. Müəyyən dəyişiklik ola bilər. Çünki 4 həfətədə 9 oyun oynamışıq. Bu ilin sonuna qədər gərgin oyun rejimi olacaq. Digər futbolçuların da oynamaq imkanı ola bilər, bəziləri az, bəziləri çox oynayacaq.

Bizim üçün vacib oyundur, 3 xal qazanmalıyıq. “Sabah” ilk dəfədir Çempionlar Liqasında oynayır. Onlar gözəl oyun nümayiş etdirməyi sevirlər. “Barselona”, “Mançester Yunayted” kimi komandalara qarşı oyanyırlar, hər oyunçu 100 faiz motivasiya olur. Bizdə də vəziyyət eynidir, oyunçularım sabahkı matça hazırdırlar. “Sabah” La Liqanın iştirakçılarına bərabər komandadır. Gözəl oynayırlar, onları yüksək dəyərləndirirəm. La Liqa komandalarının fəlsəfəsəi gözəldir, bütün komandalar bilir ki, necə futbol oynamaq lazımdır. “Sabah” da bilir ki, necə oynamaq lazımdır. Biz düzgün münasibət göstərəcəyik”.

Frenki de Yonq: “Sabah” müdafiədən oynayacaq”

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq da mətbuat konfransında iştirak edib. Niderlandlı yarımmüdafiəçi bunları söyləyib:

“Oyuna yaxşı başlamaq çox vacibdir. Sabahkı matçda rəqib müdafiədən oynayacaq. Biz də öz növbəmizdə həmişə olduğu kimi, daha yaxşı oynamalıyıq ki, qalib gələk.

Zədəli idim. Artıq geri qayıtmışam, özümü yaxşı hiss edirəm. Baxacağıq, görək necə olacaq. İndi özümü yaxşı və özgüvənli hiss edirəm. Çalışacağıq ki, ən yaxşısını edək. Belə oyunlar bizim üçün məşq kimi ola bilər.

Lamin Yamalın yoxluğu hiss ediləcək. Çox istedadlı oyunçudur, böyük təhlükəni təkbaşına yarada bilir. Elə matçdır ki, digərləri bu cür təhlükə yarada bilmir. Sabah yoxluğu hiss olunacaq. Amma çox oyunçularmız var ki, sabah onu əvəz edə bilər”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: