“Zəngəzur” “İstanbul”a da 5 cavabsız qolla uduzdu

Azərbaycanı təmsil edən “Zəngəzur” komandası bu gün UEFA Regionlar Kubokunun 2026/2027-ci illər mövsümündə ikinci oyununu keçirib.

Arena.az xəbər verir ki, 7-ci qrupda yer almış komandamız qrup mərhələsinin 2-ci turunda Türkiyənin “İstanbul” kollektivi ilə üz-üzə gəlib.

Manavqat şəhərindəki Arslan Zeki Demirci İdman Kompleksinin 2-ci meydançasında təşkil edilmiş görüş rəqibin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan təmsilçisi bu oyunda aşağıdakı heyətlə mübarizə aparıb: Abdullah Demir, Ali Aydın, Feyyaz Tarakçı, Adil Axmetcanov (Yasin Kaya, 85), Nurlan Dadaşov, Bünyamin Çandır, Ali Rıza Kan (Rövşən Heydərov, 73), Nurəddin Sadirov (Məmməd Məmmədov, 46), Anar Heydərli, Emre Benli (Hüseyn Mənəfli, 73), Oruc Məmmədov (k).

Xatırladaq ki, “Zəngəzur” qrup mərhələsinin ilk turunda Polşanın “Dolno Şlyonsk” komandasına 0:12 hesabı ilə məğlub olmuşdu. Azərbaycan təmsilçisi qrupda sonuncu matçını noyabrın 27-də Rumıniyanın “The Carpathians” komandasına qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: