Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Gənclər Liqasının Liqa mərhələsinin daha bir oyununa təyinat alıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, Asim Xudiyev noyabrın 25-də keçiriləcək “Sabah” (Azərbaycan) – “Barselona” (İspaniya) qarşılaşmasında hakim-inspektor kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, sözügedən oyunu Finlandiyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Peyman Simani olacaq. Ona Kristian De Kaseres və Samu Koskinen kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə azərbaycanlı Fərid Hacıyev yerinə yetirəcək.
“Sabah” – “Barselona” matçı noyabrın 25-də Masazırdakı “Əlincə Arena”da keçiriləcək. Qarşılaşmaya saat 15:00-da start veriləcək.
Azərbaycan təmsilçisi geridə qalmış 4 turda bütün oyunlarını uduzduğu üçün xalsızdır və sonuncu – 36-cı pillədə qərarlaşıb. “Barsa”nın gəncləri isə 5 xalla 18-cidir.


