Birinci Liqa: 9-cu turun təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan çempionatının Birinci Liqasında 2026/2027-ci illər mövsümünün 9-cu turunun bütün təyinatları müəyyənləşib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir.

9-cu turun oyunları noyabrın 26-da və 27-də keçiriləcək.

Birinci Liqa
9-cu tur

26 noyabr

“Baku Sportinq” – “Şahdağ Qusar”
Hakimlər: Kamran Əliyev, Elmin Süleymanov, Samir Qaracayev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Baku Sportinq Arena”, 14:30.

“Karvan” – “Mingəçevir”
Hakimlər: Alik Yunusov, Qəzənfər Məmmədov, Rəşad Quliyev, İslam Məmmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Yevlax şəhər stadionu, 14:30.

“Gəncəbasar” – MOİK
Hakimlər: Nazim Abdullayev, Orxan İbişov, Anar Bədəlov, Namiq Bəkirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Gəncə şəhər stadionu, 19:00.

27 noyabr

“Zaqatala” – “Xankəndi”
Hakimlər: Murad Səlimov, Taleh Məmmədov, Rasim Axundov, Ruslan Quliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Səbail”– “Şimal”
Hakimlər: Niyaz Əhmədov, Sənan Atayev, Vüqar Bayramov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Törə Əhmədova.
“Masazır Arena”, 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: