Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2026/2027-ci illər mövsümünün əsas mərhələsinin 5-ci turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də 9 qarşılaşma baş tutacaq.
Azərbaycan çempionu “Sabah” doğma meydanda İspaniya nəhəngi “Barselona”nı sınağa çəkəcək.
ÇL-in sonuncu qalibi PSJ “Roma”nı, “İnter” “Ştutqart”ı qəbul edəcək. “Bayern” səfərdə “Lill” ilə üz-üzə gələcəksə, Türkiyə təmsilçisi “Fənərbağça” da Ukrayna çempionu “Şaxtyor”la qarşılaşacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 5-ci tur
25 noyabr
21:45. Sabah (Azərbaycan) – Barselona (İspaniya)
21:45. Slaviya (Praqa, Çexiya) – Vilyarreal (İspaniya)
00:00. Atletiko (İspaniya) – Vikinq (Norveç)
00:00. Brügge (Belçika) – Liverpul (İngiltərə)
00:00. İnter (İtaliya) – Ştutqart (Almaniya)
00:00. Lill (Fransa) – Bayern (Almaniya)
00:00. PSJ (Fransa) – Roma (İtaliya)
00:00. Şaxtyor (Ukrayna) – Fənərbağça (Türkiyə)
00:00. Sportinq (Portuqaliya) – Mançester Yunayted (İngiltərə)


