ÇL: “Qalatasaray” “Aston Villa”ya, “Real” PSV-yə qalib gəldi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2026/2027-ci illər mövsümünün əsas mərhələsinin 5-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutub.

Türkiyə çempionu “Qalatasaray” doğma meydanda İngiltərənin “Aston Villa” komandasını sınağa çəkib. İstanbul təmsilçisi rəqibini tək qolla məğlub edərək istəyinə çatıb.

ÇL-in favoritlərindən sayılan “Real” PSV-ni, “Mançester Siti” “Napoli”ni, “Arsenal” isə Dortmund “Borussiya”sını qəbul edub. Madriddə meydan sahibləri darmadağına sevindikləri halda, İngiltərə təmsilçiləri heç-heçə ilə kifayətləniblər.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 5-ci tur

24 noyabr

Bodo Qlimt (Norveç) – LASK (Avstriya) 1:0
Qalatasaray (Türkiyə) – Aston Villa (İngiltərə) 1:0
Arsenal (İngiltərə) – Borussiya (Dortmund, Almaniya) 1:1
Komo (İtaliya) – AEK (Yunanıstan) 1:0
Feyenoord (Niderland) – Portu (Portuqaliya) 0:1
Mançester Siti (İngiltərə) – Napoli (İtaliya) 2:2
Leypsiq (Almaniya) – Lans (Fransa) 3:1
Real (İspaniya) – PSV (Niderland) 5:1
Slovan (Slovakiya) – Betis (İspaniya) 0:2

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: