“Sabah”ın U-19 komandası “Barselona”nı qəbul edir

“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası (U-19) bu gün UEFA Gənclər Liqasının Liqa mərhələsində növbəti oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Adino Mustedanaqiçin baş məşqçi olduğu kollektiv bu gün Bakıda İspaniya nəhəngi “Barselona”nın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.

UEFA Gənclər Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək bu matçı Finlandiyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Peyman Simani olacaq. Ona Kristian De Kaseres və Samu Koskinen kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə azərbaycanlı Fərid Hacıyev yerinə yetirəcək. Qarşılaşmanın UEFA nümayəndəsi də digər həmyerlimiz Asim Xudiyev olacaq.

Masazırdakı “Əlincə Arena”da təşkil ediləcək qarşılaşmaya saat 15:00-da start veriləcək.

Xatırladaq ki, “Sabah”ın U-19 komandası geridə qalmış 4 turda bütün oyunlarını uduzduğu üçün xalsızdır və sonuncu – 36-cı pillədə qərarlaşıb. “Barsa”nın gəncləri isə 5 xalla 18-cidir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: